İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi


Dünya 27 Noy 2022 22:44:00 110 0

İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi

ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.

Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq.

Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində  Florida sahillərində dənizə paraşütlə atılacaq.