Belçikanın məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib FOTO


Dünya 27 Noy 2022 20:49:00 93 0

Belçikanın məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib  FOTO

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

Son.az APA-ya istinadən bildirir ki, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.