Bu ölkə Ukraynaya hərbi dəstək üçün ÜDMin 1%ni ayırıb


Dünya 27 Noy 2022 20:07:00 112 0

Bu ölkə Ukraynaya hərbi dəstək üçün ÜDMin 1%ni ayırıb

Estoniya ümumi daxili məhsulunun təxminən 1%-ni Ukraynaya dəstək üçün ayırıb.

Son.az "report"a istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkur bəyan edib.

Onun sözlərinə görə, kifayət qədər kiçik NATO ölkəsi olan Estoniya gələn il ümumi daxili məhsulunun 2,84%-ni müdafiəyə sərf etmək niyyətindədir.

Nazir bildirib ki, 2024-cü ildə bu məbləğ 3,2%-ə qədər yüksələcək: "Ölkənin ÜDM-nin təxminən 1%-i Ukraynaya hərbi dəstəyə xərclənib. Eyni zamanda Kiyevin xüsusilə hava hücumundan müdafiə sistemlərinə, eləcə də ağır artilleriya və sursata ehtiyacı var. Hamımız daha çox iş görməliyik".