Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verilib


Dünya 27 Noy 2022 20:21:00 102 0

Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verilib

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli "Brimstone 2" raketləri verib.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb", - bəyanatda deyilir.