Lukaşenko: “Ukrayna Rusiyaya güzəştə getməlidir”


Dünya 27 Noy 2022 18:28:00 75 0

Lukaşenko: “Ukrayna Rusiyaya güzəştə getməlidir”

"Kiyev Rusiya Federasiyası ilə danışıqlar aparmalı və güzəştə getməlidir".

Son.az bizim media-ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında Pavel Zarubinə müsahibəsində səsləndirib.

"Yaxşı, siz əvvəlcədən şərtlər irəli sürə bilməzsiniz. Danışıqlar masasına oturun və orada bütün şərtləri irəli sürün. İkinci prinsip kompromislərdir. Özünüzü öldürməyin.  Damarlarımızda axan qanımız eynidir. Mən görürəm ki, Rusiya bunu başa düşür. Ukrayna bunu başa düşəcəkmi? Tezliklə görəcəyik", deyə o, qeyd edib.

Lukaşenko hər hansı müsbət nəticə əldə etmək üçün irəli getməyin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar prosesinin klassik prinsiplərini pozur və bu, Rusiya Federasiyası kimi böyük ölkə ilə danışıqlar zamanı xüsusilə aydın hiss olunur.