Baydenin səfəri zamanı maraqlı olay


Dünya 27 Noy 2022 17:54:00 133 0

Baydenin səfəri zamanı maraqlı olay

ABŞ Prezidenti Co Baydenin Şimali Amerikanın şərq sahillərindəki Nantuket adasına işgüzar səfəri zamanı maraqlı hadisə olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "New York Post"un məlumatına görə, Bayden yoldan keçən zaman qızların pəncərəsinə baxıb.

Təəccüblənən uşaqlar Ağ Evin rəhbərini pəncərələrində gördükdən sonra birlikdə selfi çəkdiriblər.

Prezident mağazanın vitrininə yaxınlaşıb və bir neçə foto üçün gülümsəyib. Bundan sonra sosial şəbəkələrdə ABŞ-ın 46-cı prezidenti ilə şəkillər yayımlanıb.