"Biz itlər üçün sürülərinin üzvləriyik”


Dünya 27 Noy 2022 14:23:00 107 0

"Biz itlər üçün sürülərinin üzvləriyik”

Kənd təsərrüfatı elmləri namizədi, Moskva Kənd Təsərrüfatı Akademiyasının eksperti Yekaterina Qimazitdinova itlərin vəfalı olduqlarına dair mifi puça çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bədii ədəbiyyat və kino sözügedən heyvanların xarakteri barədə yanlış təsəvvür yaradıblar. Ekspert qeyd edib ki, heyvanların beyni başqa cür yaradılıb:

"Onlar incimə, qısqanclıq, utanma, xəcalət, nifrət kimi çətin hisslər keçirə, eləcə də sadiq və vəfalı ola bilməzlər. İtlər sahiblərinə çox bağlıdırlar, çünki biz onlar üçün sürülərinin üzvləriyik".

Ekspert əlavə edib ki, insan bütün zəruri resursların - qida, su, istilik, qayğı - mənbəyidir: "İt onu resurslarla təmin edən insana bağlıdır".