Türkiyədə yenə zəlzələ olub


Dünya 27 Noy 2022 10:03:00 69 0

Türkiyədə yenə zəlzələ olub

Türkiyənin qərbində 4,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Düzce şəhərindən 10 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.