İraqın baş naziri Tehrana səfər edəcək


Dünya 27 Noy 2022 12:15:00 98 0

İraqın baş naziri Tehrana səfər edəcək

İraqın baş naziri Məhəmməd əl-Sudani İran prezidenti İbrahim Rəisinin dəvəti ilə Tehrana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən "İRNA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, İranın Bağdaddakı səfiri Məhəmməd Kazem əs-Sadiq Məhəmməd əl-Sudani ilə görüşü zamanı İbrahim Rəisinin dəvətini ona çatdırıb.

Səfərin baş tutacağı tarix barədə məlumat verilmir.