Seksual davranışlarıyla fərqlənən bürclər Siyahı


Digərləri 27 Noy 2022 11:21:00 90 0

Seksual davranışlarıyla fərqlənən bürclər  Siyahı

Bəzi insanlar var ki, başqalarını özlərinə heyran etmək üçün ciddi səy göstərməyə ehtiyac duymurlar. Bu yazıda məhz seksual davranışlarıyla fərqlənən bürcləri bir araya topladıq...

Son.az olay-a istinadən xəbər verir ki, astroloqların proqnozlarına əsasən, əlavə səy göstərmədən olduqca seksual ola bilən 5 bürc nümayəndəsini təqdim edir:

Əqrəb

Anadangəlmə cazibəyə malik olan Əqrəblər hər şeydən əvvəl cinsi həzzləri çox sevməkləri ilə tanınırlar. Sosial həyatlarındakı yeniliklərlə digər bürclərdən fərqlənən Əqrəblər qarşısıalınmaz, ehtiraslı, yaradıcı və iddialı hərəkətləri ilə diqqət çəkirlər. Bütün bu xüsusiyyətləri nəzərə alsaq, Əqrəb bürcünün siyahımızın başında olması təəccüblü deyil, siz necə düşünürsüz?

Şir

Şir bürcləri şəxsi həyatında diqqət mərkəzində olmağı xoşladığı üçün sosial ətrafı tərəfindən tez-tez tənqid oluna bilər. Zəif cəhətlərini uğurla gizlədə bilən Şirlər hər şeydən əvvəl ikitərəfli münasibətlərdə özünü rahat ifadə etməyi sevir. Bütün bunlara əlavə olaraq, tərəf müqabili ilə cinsi təcrübələrə açıq olan Şir bürcü siyahımızda ikinci yerdə qərarlaşır.

Qoç

Demək olar ki, hər fürsətdə cinsi potensialını gizlətməyə çalışan Qoç bürclərinə pis xəbərimiz var: Təəssüf ki, bu cəhddə uğur qazanmadınız! Gizlətməyə çalışsalar da, ehtiraslı davranışları ilə diqqət çəkən Qoçlar yataqda söz sahibi olmağı sevir.