Elm və dinin cinlərə münasibəti necədir?


Digərləri 26 Noy 2022 23:50:00 120 0

Elm və dinin cinlərə münasibəti necədir?

Sual: Elə görünür ki, din tibb və sairə kimi modern elmlərlə ziddiyyət təşkil edir. Biz inanclı insanlar olduğumuza görə cinlərə inanırıq. Elm bu məsələyə qəbuledilməz kimi baxır; başqa sözlə, belə bir şeyi qəbul etmir. Elmin məsələyə bu cür baxışı orta əsrlərdə hakim olan düşüncəyə verdiyi reaksiyadan irəli gəlir? Biz bilirik ki, orta əsrlərdə bəzi insanları "onların içərisinə cin girib" adıyla diri-diri yandırıblar. Bir çox insan müxtəlif işgəncələrə məruz qalıb. Qərbdə sonradan meydana gələn hadisələr xristianlığın tutarsız fikirlərinə reaksiya xarakteri daşıyır. Başqa sözlə desək, elm ilahlaşdırılıb. Elm adamlarının cin və pəri kimi şeyləri qəbul etməməyini necə izah etmək olar? Bu, qərb dünyasındakı fikirlərlə paraleldir?

Cavab: "Orta əsrlər" ifadəsi qərbə məxsus qaranlıq bir dövrü ifadə edir. Müsəlmanlar o dövrdə hər bir sahədə inkişaf edib xoşbəxt bir həyat yaşayırdılar. Müsəlmanlar nə cinləri inkar edirlər, nə də bütün xəstəliklərin cinlərdən irəli gəldiyini deyirlər. Onlar belə bir ifratçılığa varmırlar. Onlar ifrata varmağın hər iki tərəfindən də uzaq olan orta yolu tutublar. Cinlərin insanlara təsiri var. Lakin bu məsələni böyütmək lazım deyil. İnsalar əslində bu təsiri yanlış təlqinlər vasitəsilə gözlərində böyütdüklərinə görə cinləri necə deyərlər, lap "şişirdiblər". Cinləri inkar edənlər də öz növbələrində haqlı olaraq bu cür bir ifratçılığa qarşı çıxırlar. Allah: "Şeytanın hiyləsi zəifdir", - demişdir (Nisa, 4/76)