Ermənistanda polislər vətəndaşları


Dünya 26 Noy 2022 21:57:00 104 0

Ermənistanda polislər vətəndaşları

"Bu gün mənə Lori rayonundan siqnal gəldi ki, bir neçə vətəndaş patrul xidməti tərəfindən vəhşicəsinə döyülüb".

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə "Ermənistan" blokundan olan deputat Kristine Vardanyan feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, az öncə söhbət etdiyi vətəndaşın sözlərinə görə, insident patrul xidmətinin Nikol Paşinyanın karvanının yolunu təmizləməyə cəhd etməsindən sonra baş verib və bu zaman onunla danışmaq istəyən yaşlı kişi ilə mübahisə düşüb. Bundan sonra patrul xidməti əməkdaşlarının sayı artıb (ondan çox). Vətəndaşın sözlərinə görə, onlar dinc əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə edərək zorakılıq ediblər. Nəticədə iki vətəndaş, o cümlədən qocanın azyaşlı nəvəsi çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.