Dializ xəstələri övlad sahibi ola bilərmi?


Digərləri 26 Noy 2022 20:25:00 90 0

Dializ xəstələri övlad sahibi ola bilərmi?

Dializ müalicəsində olmanız sizin övlad sahibi olmağınız üçün maneə deyil.

"Medicina" xəbər verir ki, endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

Uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də sizin dünyaya normal övlad gətirməniz realdır.

Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir. Lakin bir cox xanımlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər. Sadəcə olaraq bilməli olduğunuz bəzi məqamlər var:

"Sağlam qadınlarla müqayisədə sizin hamiləliyiniz daha risklidir.

Hamiləlik planlaşdırmaqdan öncə mütləq müalicə həkiminizə bildirin, çünki bəzi dərmanlarınız hamiləlikdən öncə dəyişdiriləcək (məs: təzyiq dərmanlarınız) Hamilə qaldığınızı ilk andan tıbbi personala bildirin, hamiləliyin ilk dövründən sizə xüsusi diyaliz rejimi təyin olunacaq".