BurkinaFasoda partlayış: 4 hərbçi ölüb


Dünya 26 Noy 2022 20:27:00 80 0

BurkinaFasoda partlayış: 4 hərbçi ölüb

Burkina-Fasonun şimalında silahlılar tərəfindən yola yerləşdirilən əldəqayırma bombanın partlaması nəticəsində ən azı dörd hərbçi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü ölkənin Baş Qərargahından bildirilib.

"Noyabrın 25-də ordu qrupunun Jibo şəhərində yükləri müşayiət etmək üçün missiyadan qayıdarkən partlayış baş verib. Partlayış nəticəsində 4 hərbçi həlak olub. Ölənlərlə yanaşı, daha bir əsgər yaralanıb və ona tibbi yardım göstərilib", - deyə Baş Qərargahdan bildirilib.