İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır?


Digərləri 26 Noy 2022 19:40:00 108 0

İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır?

Sual: Sizin də bildiyiniz kimi bioenerji indiki dövrdə bəzi insanların özlərinə bio enerji yüklətməsi və bundan istifadə etməyə başladığı bir müalicə üsuludur. Deyilənə görə bu, insanlarda rast gəlinən bir sıra xəstəlikləri sağaldır. Bioenerjidən istifadə etmək dinimizə uyğundur? Bunun sehr olmaq ehtimalı var?

Cavab: Sehr bir hadisənin əsl səbəbini gizlətməklə insanlara təsir göstərmək və onları yanlış istiqamətləndirmək üçün istifadə edilən yalan və böhtan yığınından ibarətdir. Bu yolla müalicə aparmaq qeyri-mümkündür. Əgər bioenerji vasitəsilə insanlara fayda vermək mümkündürsə və bəzi xəstəliklər bununla müalicə edilirsə, bu məsələdə dini baxımdan bir problem olmaz. Çünki dində əsas odur ki, hər şey halal olsun. Başqa sözlə, bir şeyin haram və qadağan olması üçün dəlil-sübut lazımdır; bioenerji məsələsinə gəlincə, bu barədə bir qadağa yoxdur.