“Təklif etdi ki, bir vəzifəli şəxsə zəng edib deyək, hamamda...”


Digərləri 26 Noy 2022 19:18:00 87 0

“Təklif etdi ki, bir vəzifəli şəxsə zəng edib deyək, hamamda...”

Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Elnur Eldarov ifadə verib.

O bildirib ki, 2011-ci ildən yaşadığı Quba rayonu Çiçi kəndində kafe işlədir, həmin kafeyə gələn bütün həmkəndlilləri ilə münasibətləri yaranıb. Kənddə yaşayan Ümman və İlqar qardaşlarını da uzun müddətdir tanıyır.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmkəndlisi Natiq Nuriyev işlətdiyi kafeyə 2021-ci ilin yaz-yay aylarında tez-tez gəlib: "O, kafedə əsasən pivə içkisi sifariş verirdi. 2021-ci ilin iyul ayında Natiqin 86 manat kafeyə borcu yaranmışdı. İyul ayında özümə məxsus tarktorun təmiri üçün "Accesbank"dan 4 min manat kredit götürdüm. Pulu götürməzdən əvvəl bankdan kafeyə baxışa gələndə Natiqin də xəbəri oldu.

Bir neçə gündən sonra bankdan pulu götürəndə Natiq xahiş etdi ki, ona 200 manat borc verim. Razılaşdım, o da ən geci bir həfətəyə borcunu qaytarcağını dedi. Lakin bir həftədən sonra Natiqini telefonlarına zəng çatmadı. Onu təxminən 2 ay tapa bilmədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Ümmandan 8 min manat borca pul istəyib. Ümman da ona pul gəlməli olduğunu və pul gələndə ona borc verəcəyini deyib.

Elnur Eldarovun sözlərinə görə, 2021-ci ilin dekabrın ortalarında Ümmanın təklifi ilə Bakı şəhərinə gəlib: "Həmin vaxt Ümmanın Zabrat qəsəbəsindəki kirayə götürdüyü evdə bir-iki gün yaşadım. Natiq də orada idi. Ümman bir hamama fitəçi kimi işə dizəlməyimizi və "Atilla" hamamına müraciət etməyimizi təklif etdi. Razılaşdıq, həmin hamama gəldik, fitəçiişlədik, orada da yaşadıq".

Elnur Eldarov bildirib ki, 2021-ci ilin dekabrın 18-də Natiq anasının vəziyyətinin pis olduğunu hamamın rəhbərliyinə bildirib və oradan gedib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hamamdan oğurluq edib. Onun sözlərinə görə, hamamdan 1718 manat, markasını xatırlamadığı telefonu götürüb və sonra hamamı tərk edib: "Hamamdan oğurladığım pulu gündəlik tələbatlarımı ödəmək üçün xərclədim. Telefonu isə Xaçmaz rayonu ərazisində təxminən bir ay sonra tanımadığım şəxsə satdım".

Elnur Eldarov ifadəsində Tariyel Qurbanovu tanımadığını, ondan hədə-qorxu yolu ilə pul tələb etmədiyini deyib. Bildirib ki, Ümman Əliyevin də ondan pul tələb etməsi və almasından xəbəri olmayıb. O, əməlindən peşman olduğunu söyləyib.

Digər təqsirləndirilən Ələkbər Nuriyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Hazırda ailəli olduğunu söyləyən təqsirləndirilən şəxs ona qarşı verilən ittihamla razılı deyil. Qeyd edib ki, kənddə iş olmadığı üçün Bakı şəhərinə gəliblər və paytaxtda nüxtəlif yerlərdə işləyiblər.

Ələkbər Nuriyev deyib ki, Ümnmandan borca pul istəyib: "Ümman ona pul göndəriləcəyini, həmin puldan mənə verəcəyini bildirdi. Amma pulun kimdən gələcəyini bilmədim".

Daha sonra təqsirləndirilən Sahilə Məmmədova ifadə verib. O bildirib ki, bacısı Lyudmila, oğlu Allahverdi və bacısının qeyri-rəsmi münasibətdə olduğu Natiq Nuriyevlə birlikdə yaşayıb. Lyudmila Natiqlə birgə onun yaşadığı ünvana təxminən 2022-ci ilin yanvarında qonaq gəlib və onun təkidi ilə birgə yaşamağa başlayıblar: "Onlara bildirdim ki, Natiq də özünə iş tapar və birlikdə yaşamaq çətin olmaz. Lakin Natiq iş tapmaqda çətinlik çəkdi. Buna görə də maddi çəhətdən sıxıntılar yaşadıq.

Natiq birgə yaşamağa başladığımız yanvar yanıdan gah gündəlik iş taparaq işləyib, gah da günlərlə işsiz qalıb. Təxminən fevral ayında Natiq mənə bildirdi ki, Tariyel adlı imkanlı şəxs var, əvvəllər Ümman və İlqar adlı şəxslər ona hədə-qorxu gəliblər, pul alıblar.