276cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı


Siyasət 26 Noy 2022 19:23:00 92 0

276cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 276-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2565 PUA-sı, 390 zenit-raket kompleksi, 6825 tank və digər zirehli texnikası, 904 reaktiv yaylım atəş sistemi, 3620 artilleriya və minaatanı, 7362 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - məlumatda qeyd olunub.