Toppuş bacı: “13500 manatın əsas hissəsini Pərvinin və Azərin hesabına toplamışam”


Şou-biznes 26 Noy 2022 18:52:00 106 0

Toppuş bacı: “13500 manatın əsas hissəsini Pərvinin və Azərin hesabına toplamışam”

"Altı həftədən sonra Maqnit Rezonans Tomoqrafiyanın (MRT) nəticələri bəlli olacaq. Az müddət keçər, hamımız sevinərik. Sənət yoldaşlarıma artıq bir dəfə müraciət etmişəm. Sağ olsunlar, əlimdən tutublar. İkinci dəfə isə onlara müraciət etmədim. Etmək də istəmirəm".

Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib Sənətçi bildirib ki, "ağıllı dərman"adlı preparatın alınması üçün aktrisa Pərvin Abıyeva, aparıcı Azər Zahid və sosial şəbəkə izləyicilərinin köməyi ilə 13500 manat pul toplayıb. "TikTok"dan 8-9 minə yaxın pul toplamışam. Pərvin Abıyevaya və Azər Zahidə təşəkkürümü bildirirəm. Onlar mənimlə orada yarış etdi, hesabıma daha çox pul gəldi. Azərin və dostu mənə çox yardım etdilər. Onlar mənim hesabıma 1000 manat pul köçürdülər. Xalqım da mənə yardım etdi. Hazırda 13500 manat pulum var. "Ağıllı dərman" preparatının ilk dozasını Zaur Baxşəliyev aldı. Preparatın bir dozası 3200 manatdır. Bahalı dərmandır, insanları yükləyə bilmərəm. Deyirlər ki, tanışın yoxdur ki, onlar sənə 35 min manat yardım etsinlər. Cavab verirəm ki, həqiqətən belə insan yoxdur ki, ondan bu pulu götürüm. 12 ədəd "ağıllı dərman" almalıyam. 1 ədədini artıq vurdurmuşam. 13500 manata isə dörd-beş ədəd bu preparatdan ala bilərəm".  T.Əliyeva bildirib ki, Almaniyada yaşayan həmvətənlərimiz də aktrisa üçün müəyyən məbləğ toplayıblar.  "Dünən mənə Almaniyadan üzünü belə görmədiyim Rəna adlı xanım zəng edərək söylədi ki, səninlə bağlı bir yardım kampaniyası başlatmışam. Burada yaşayan həmvətənlərimiz sənə dərmanlarını almaqda kömək edəcəklər. Dedi ki, almalı olduğunuz preparatın bir dozasının pulunu yığmışıq. Cəmi altı ədəd "ağıllı dərman"ı almalıyam", - deyə aktrisa vurğulayıb.  Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.  Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb. 

Son.az