Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub,


Digərləri 26 Noy 2022 13:36:00 80 0

Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub,

Şəmkir rayonunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, qəza rayonun 5-ci küçəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə "Mersedec " markalı minik maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Son.az