Dünyanın ən zəhərli ilanlarından biri bağçada uşağı dişlədi


Dünya 25 Noy 2022 18:04:00 109 0

Dünyanın ən zəhərli ilanlarından biri bağçada uşağı dişlədi

Avstraliyanın Kvinslend ştatının Bouen şəhərində torlu qəhvəyi ilan uşaq bağçasına sürünərək uşağı dişləyib.

Son.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Uşaq bağçasının əməkdaşları uşağın yanında təxminən 40 santimetr uzunluğunda qıvrılan, torlu qəhvəyi ilan tapıblar. Uşağın qolunda iki kəsik yarası aşkar edilib.

Dişləmədən sonra zərərçəkən müalicə olunub. Onun vəziyyəti barədə məlumat verilməyib. Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərli ilanlarından sayılır.