Ən məşhur YouTube ulduzlarından biri Qəbələdə oldu,


Dünya 25 Noy 2022 14:16:00 128 0

Ən məşhur YouTube ulduzlarından biri Qəbələdə oldu,

Qəbələnin Qəmərvan kəndində yaşayan, kulinar ustalığı ilə dünyaca məşhurlaşan və YouTube-dakı "Wilderness Cooking" kanalı ilə fantastik sürətlə populyarlaşan Təvəkkül Aslanovun yeni qonağı Mark Veyns olub.

YouTube-da adını verdiyi və 9,42 milyon təqibçisi olan kanala malik Mark Qəbələyə gəlib, Qəmərvan kəndində T.Aslanovun qonağı olub.

Təvəkkülün hazırladığı quzu kababını, şirniyyatları və s. dadan Mark Veys "usta aşpazın bacarığına, Azərbaycan mətbəxinin gözəlliyinə heyran qaldığını" deyib.

Dünyanın ən məşhur YouTube ulduzlarından birinin Təvəkkül Aslanova və Azərbaycana həsr olunmuş çəkilişini təqdim edirik.