Çində 33 min nəfərdə koronavirus aşkarlanıb


Dünya 25 Noy 2022 12:26:00 77 0

Çində 33 min nəfərdə koronavirus aşkarlanıb

Çin həkimləri son sutka ərzində 32 943 yeni koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da əvvəlki günlə müqayisədə 4 faiz çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.

Məlumata əsasən, yeni yoluxma halları arasında 90,5 faiz asemptomatikdir. 29 840 asimptomatik xəstədən 186-sı xaricdən Çinə gəlib, qalanları isə ölkədə yoluxub.

Gün ərzində 3103 nəfərdə COVID-19- yoluxma faktı təsdiqlənib. Onlardan 62-si Çinə xaricdən gəlib.