"Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır" Zelenski


Dünya 25 Noy 2022 08:02:00 93 0

"Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır"  Zelenski

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri cəbhənin bütün istiqamətlərində əsas mövqeləri qoruyub saxlayır, bəzi bölgələrdə irəliləməyə hazırlaşırlar.

Son.az bildirir ki, bu barədə "report" Ukrayna mətbuatına istinadən xəbər verir.

"Biz ön cəbhə xəttindəki vəziyyəti çox diqqətlə və ətraflı araşdırdıq. Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqeləri saxlayırıq. Bizim uşaqlar (hərbçilər - red) cəsarətlə müdafiə olunurlar. Elə sahələr var ki, orada irəliləməyə hazırlaşırıq", - Prezident axşam videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, ərazilərə ruslar tərəfindən əlavə qüvvələrin köçürülməsi də qeydə alınıb.

"Biz onların bu qüvvələrini "mənfiləşdirmək" üçün hər şeyi edirik", - dövlət başçısı bildirib.