Üz gərmə əməliyyatından sonra öldü


Dünya 24 Noy 2022 20:50:00 76 0

Üz gərmə əməliyyatından sonra öldü

Cənubi Koreyada Rusiya vətəndaşı Seulun mərkəzindəki plastik klinikada üzünü dartdırmaqdan sonra dünyasını dəyişib.

Son.az bildirir ki, bu barədə "News1" agentliyi yerli polisə istinadən xəbər verib.

Əməliyyat noyabrın 21-də həyata keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, reabilitasiya zamanı 40 yaşlı rusiyalı qadının vəziyyəti pisləşib və kritikləşib. Qadını başqa xəstəxanaya aparmaq istəsələr də, artıq gec olub və o ölüb.

Polis yarılma üçün müraciət edib. Şöbədən qeyd edilib ki, cərrah, anestezioloq və tibb bacıları da daxil olmaqla xəstəxana işçilərinin əməlləri ilə bağlı araşdırma aparılacaq.

İrfan Vəliyev Son.az