Gürcüstanda 12 yaşlı məktəbli


Dünya 24 Noy 2022 08:14:00 150 0

Gürcüstanda 12 yaşlı məktəbli

Gürcüstanın paytaxtı Tbilisidə 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib.

Son.az APA-ya istinadən xəbər verir ki, Birinci Universitet Klinikasının həkimi Lali Turdzladze "Ambebi" portalına açıqlamasında ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Yeniyetmənin bir neçə saat əvvəl Rustavidən paytaxta çatdırıldığı açıqlanıb. Azyaşlının hamilə qalarkən 11 yaşının olduğu və 6-cı sinifdə oxuduğu açıqlanıb. Məlumata görə körpənin atası da azyaşlıdır.

Seksual xarakterli cinayət faktı ilə bağlı araşdırmalara başlanılıb.