Peskov: Ermənistan KTMTdə qalacaq


Dünya 23 Noy 2022 22:53:00 101 0

Peskov: Ermənistan KTMTdə qalacaq

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Şurasının növbəti sessiyası keçirilib. Sessiyada təşkilata üzv olan ölkələrin dövlət başçıları iştirak ediblər.