BMT TŞ Ukraynaya görə təcili iclas keçirəcək


Dünya 23 Noy 2022 22:12:00 95 0

BMT TŞ Ukraynaya görə təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının Ukraynaya görə təcili iclası Nyu-York vaxtı ilə saat 16.00-da (Bakı vaxtı 01.00) keçirəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polanski məlumat verib.

İclasda Ukrayna Prezidenti Volodimir Zelenskinin də videokonfrans yolu ilə çıxışı nəzərdə tutulub.