Qadından ŞOK ƏMƏL: dünyaya gətirən uşaqları görün nə etdi...


Dünya 23 Noy 2022 22:19:00 95 0

Qadından ŞOK ƏMƏL: dünyaya gətirən uşaqları görün nə etdi...

Hindistanın Bhandara şəhərinin sakini Rita Pradjapati 5 uşaq dünyaya gətirib və onlardan üçünü satıb.

Son.az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Pradjapati əri və digər cinayət ortaqları ilə birlikdə uşaqları sonradan satmaq məqsədi ilə qaçırmaqla məşğul olub. Səkkiz aylıq oğlan uşağı oğurlayaraq İndor şəhərindən olan uşaqsız cütlüyə 250 min rupiyə (3 100 dollar) satan qadın tutularaq həbs edilib.

Dindirilmə zamanı məlum olub ki, 2018-ci ilin martından 2022-ci ilin iyuluna qədər olan müddətdə Pradjapati beş uşaq dünyaya gətirib və iki oğlunu hər birini 25 min rupiyə (300 dollar), sonra isə üç aylıq qızını 50 min rupiyə (615 dollar) satıb. Oğullardan birinin xilas edildiyi qeyd edilib. Əlavə araşdırma aparılır.