Paşinyanın əmlakı yoxlanılacaq


Dünya 23 Noy 2022 11:28:00 90 0

Paşinyanın əmlakı yoxlanılacaq

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Joqovurd" qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən Baş nazir Nikol Paşinyan, Baş nazirin müavinləri, prezident, parlament sədri, deputatlar və başqalarının da adı var.