Putin İrəvana səfər edəcək


Dünya 23 Noy 2022 07:21:00 119 0

Putin İrəvana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün çərşənbə günü İrəvana səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin bir müddət əvvəl verdiyi məlumata görə, İrəvanda təşkilatda əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.