"Hamısının kökünü kəsəcəyik"


Dünya 22 Noy 2022 21:21:00 124 0

"Hamısının kökünü kəsəcəyik"

"Tanklarımız və əsgərlərimizlə ən qısa zamanda hamısının kökünü kəsəcəyik"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yusufeli bəndinin açılışında etdiyi çıxışda Suriyaya quru əməliyyatı mesajı verib.

Suriyada davam edən əməliyyatlardan danışan Ərdoğan, terrorçuların kimliyini, yerini və qeydlərini bildiklərini vurğulayıb:

"Terrorçuları kimin himayə etdiyini, silahlandırdığını və təşviq etdiyini də çox yaxşı bilirik. Hərf oyunları, terror təşkilatının adını dəyişdirərək, əsgərlərini oxşayaraq Türkiyənin diqqətini yayındıra biləcəklərini düşünənlər üçün yolun sonu gəldi.