Yeniyetmə əmisi ilə ov edərkən güllələndi


Dünya 22 Noy 2022 20:44:00 97 0

Yeniyetmə əmisi ilə ov edərkən güllələndi

Rusiyada, Volqoqrad vilayətində 16 yaşlı yeniyetmə ov tüfəngindən təsadüfən açılan atəş nəticəsində ölüb.

Son.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, noyabrın 19-da səhər saatlarında yeniyetmə kiçik qardaşı və 35 yaşlı əmisi ilə ova çıxıb. Maşın hərəkətdə olarkən kişi ov tüfəngi ilə vəhşi quşa atəş açıb, sonra isə silahı qabaq oturacaqların arasına qoyub. Maşın dayandıqdan sonra atəş açılıb və nəticədə maşının arxa oturacağında oturan oğlan yaralanıb.

Döş qəfəsindən güllə yarası alan yeniyetmə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə iş başlanıb.

İrfan Vəliyev Son.az