Qadın televizor işləmədiyinə görə qonşusuna "kislota" atdı


Dünya 22 Noy 2022 20:30:00 96 0

Qadın televizor işləmədiyinə görə qonşusuna "kislota" atdı

Moskva vilayətində təqaüdçü qadın işləməyən televizora görə qonşusuna kimyəvi məhlul töküb.

Son.az bildirir ki, bu barədə "Moskovski Komsomolets" məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar günü, noyabrın 20-də Şatura şəhər rayonunun Mişeronski dairəsinin 76 yaşlı sakini qonşusunun televiziya antenasını zədələməkdən şübhələnib. Yaşlı qadın 41 yaşlı tanışının qapısını döyərək üç litrlik bankadan tünd qəhvəyi mayeni onun üzünə atıb. Təqaüdçü qapını naməlum maddənin qalıqları ilə çirkləndirib.

Qəzet yazıb ki, gözlərinin, üzünün, boynunun və ayaqlarının şiddətli sancmasından şikayət edən zərərçəkmişi təcili yardım xəstəxanaya çatdırıb. Hadisə yerinə gələn polis əməkdaşları təqaüdçünü tapa bilməyib. Onlar yaşlı qadının oğlu ilə əlaqə saxlayıb, onu yanına aparmaq istəyiblər, lakin kişi hadisə yerinə gəlməyib.