Keçmiş prezident məhkəmə qarşısına çıxarılıb


Dünya 22 Noy 2022 09:46:00 98 0

Keçmiş prezident məhkəmə qarşısına çıxarılıb

Komor adalarının keçmiş prezidenti Əhməd Abdallah Məhəmməd Sambi dövlətə xəyanətdə ittiham olunaraq bazar ertəsi məhkəmə qarşısına çıxarılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iclasın əvvəlində eks-dövlət başçısı məhkəməyə etiraz etdiyini açıqlayıb. Məhkəmə növbəti prosesləri bir gün təxirə salmaq qərarına gəlib.

2006-cı ilin yazından 2011-ci ilin may ayına qədər prezident vəzifəsini icra edən Əhməd Abdallah Məhəmməd Sambi Körfəz ölkələrindən gələnlərə Komor adaları pasportlarını satmaqla 200 milyon dollarlıq dələduzluqda ittiham olunur. O, 2018-ci ildə saxlanılıb və o vaxtdan bəri istintaq təcridxanasındadır.