Çində fabrik yandı


Dünya 22 Noy 2022 08:00:00 109 0

Çində fabrik yandı

Çinin Henan vilayətinin Anyan şəhərindəki fabrikdə baş verən yanğında ən azı 38 nəfərin ölüb.

Bu barədə yerli KİV-lər xəbər verib.

Məlumata əsasən, yanğın bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində başlayıb. Fabrik "Kaysinda" (Kaixinda Trading Co., Ltd) şirkətinə məxsusdur.

Bildirilib ki, yanğının söndürülməsinə 63 texnika, 240-dan çox yanğınsöndürən cəlb olunub. Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, yanğın nəzarət altına alınıb.