Rusiya Ermənistanda ABŞa uduzmaqdadır Korotçenko


Dünya 21 Noy 2022 22:42:00 92 0

Rusiya Ermənistanda ABŞa uduzmaqdadır  Korotçenko

Rusiya siyasəti və diplomatiyasının əsas vəzifəsi Ermənistanı Rusiyanın təsir orbitində saxlamaq, onun ABŞ və Fransaya getməsinə, həmçinin KTMT-dən çıxmasına mane olmaqdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

"Bununla belə, Ermənistanda istifadə edilən Rusiyanın "yumşaq güc" mexanizmləri hazırda fəaliyyəti postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi tərəfindən koordinasiya edilən ABŞ/Qərb QHT-lərinin imkanlarından açıq-aydın aşağı səviyyədədir.

Bəli, Ermənistandakı "rusiyayönlü fəallar" - məsələn, "Big Mac" vəziyyətinə qədər bəslənmiş Miki Badalyan və buna bənzər nümunələr İrəvan ictimaiyyətində tıxac refleksindən başqa heç nə yaratmır.

Ermənistan istiqamətində Rusiyaya "yumşaq güc" kimi yeni ideyalar və yeni kadrlar - bu ideyaları uğurla həyata keçirə bilənlər lazımdır", - o qeyd edib.