"Həzrəti Yusif"in Züleyxası həbs olundu


Dünya 21 Noy 2022 22:56:00 132 0

"Həzrəti Yusif"in Züleyxası həbs olundu

İranın daha bir məşhur aktrisası ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdiyi və açıq şəkildə hicabını çıxardığı üçün həbs olunub.

Son.az kult.az-a istinadən xəbər verir ki, Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdiyi üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunub.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb.

Qeyd edək ki, bundan öncə daha bir məşhur aktrisa - Hengame Qazianini həbs olunub.