Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunmasını istəyib


Dünya 21 Noy 2022 21:50:00 100 0

Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunmasını istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv qəbul olunmasını istəyib.

Son.az APA-ya istinadən xəbər verir ki, Zelenski bu təklifi NATO-nun Parlament assambleyasının Madriddə keçirilən iclasında videobağlantı ilə çıxışı zamanı bildirib.

"Ukraynanın bizim cəmiyyətin müdafiəsinə verdiyi töhfəni öz gözünüzlə görürsünüz. Biz fevralın 24-dən sonra real olaraq birləşmişik. Buna görə də, Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır. Mən sizi Ukraynanın NATO-ya və Aİ-yə üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırıram" - deyə Zelenski vurğulayıb.