"Norveç və Azərbaycan..."


Digərləri 07 Okt 2022 08:57:00 116 0

"Norveç və Azərbaycan..."

Norveç və Azərbaycan Avropanın Rusiya neftindən asılılığını azaltmaq cəhdində ümid etdiyi iki ölkədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çexiyanın baş naziri Petr Fiala Aİ-27 qeyri-rəsmi sammitinin və Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

P.Fialanın sözlərinə görə, Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlərdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

O qeyd edib ki, Avropa ölkələri Rusiyadan enerji təchizatından asılılığı azaltmaq üçün addımlar atarkən, Norveç və Azərbaycan Avropanın ümid etdiyi iki ölkədir.