Toylar başladı: Müğənnilər şənliklərə neçəyə gedir?


Şou-biznes 07 Okt 2022 02:22:00 123 0

Toylar başladı: Müğənnilər şənliklərə neçəyə gedir?

Məhərrəm ayı başa çatandan sonra toyların keçirilməsi davam edir. Maraqlıdır, müğənnilər toy məclislərinə nə qədər qiymətə gedir? Bunu araşdırmağa çalışmışıq.

Son.az xəbər verir ki, lent.az müğənnilərin toy qiymətlərini sizə təqdim edir:

"Kolizey" şadlıq sarayının əməkdaşının saytımıza verdiyi məlumata görə, əvvəlcə toy sahibləri günü təyin edəndən sonra restoranın əməkdaşları müğənninin prodüsseri ilə əlaqə saxlayır. Müğənninin həmin gün məclisdə iştirak edə biləcəyi barədə məlumat əldə edirlər. Bundan başqa, həftənin günlərindən də asılı olaraq, qiymət dəyişikliyi ola bilər. Belə ki, bazar ertəsi bütün restoranlar boş olur. Restoran boşdursa, deməli, müğənni də təşkil etmək asan olur. Yəni, filan müğənni bazar günü toyu 1 saatı 5 min manata oxuyursa, bazar ertəsi 3-4 min manata oxuyur.

Bu yaxınlarda toy edən Nigar adlı xanım Lent.az-a dedi ki, toyda oxuyan müğənnini şadlıq sarayının təşkilatçı əməkdaşları təşkil etmişdi. Yəni, müğənninin aldığı qonorar toy sahiblərinin restorana ödədiyi məbləğin daxilində idi.

Bundan başqa, Bakıda şənliklərin təşkilatçısı kimi fəaliyyət göstərən Sevil Ağazadə deyir ki, toy sahibinin istəyinə uyğun müğənni seçilir:

"Ən populyar müğənnilər ansamblla bir yerdə bütün toyu 15-20 minə oxuya bilər. Nişan, xınayaxdı mərasimlərinə müğənnilər nadir hallarda dəvət olunur. Səbəbi isə həm fonoqram oxuduqlarına görədir, həm də toy yiyəsinə qiymət sərf etmir".