Naşükürlüyün 3 amili


Digərləri 06 Okt 2022 23:55:00 149 0

Naşükürlüyün 3 amili

Şükür etmək - səadət əhlinin ilk mənzili, nur aləminə səfər edənlərin ən mühüm azuqəsidir. Şükür etmək bəlanı dəf edər və neməti artırar.

İslam dininin nəzərinə görə, insanlar İlahi neməti əldə edəndən sonra Allaha şükür etməlidir. Ariflərin nəzərinə görə isə insan müsibətlə üzləşəndə də belə, Allaha şükür etməyi bacarmalıdır. Allaha şükür edər ki, bu qədər İlahi müsibət arasından Allah onu birinə düçar etmişdir.

Alimlərin nəzərinə görə şükür, səbir etməkdən üstündür. Şükür rizadan meydana gələr.

Allah Təala buyurur: "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram". ("İbrahim" 7).

Naşükürlük insanı növbəti nemətlərdən məhrum edər və əlində olanlarının azalmasına səbəb olar. Bəs naşükürlüyün meydana gəlməsinə səbəb olan amillər hansılardır?

1. Birinci səbəb budur ki, insanların əksər hissəsi özlərini İlahi nemətə layiq hesab edirlər. Sanki Allahdan tələbləri vardır. Halbuki, Allah o şeyi ki, bəndəsinə əta edir, mərhəmət və rəhmətinə görədir.

Belə bir naşükürlüyün kökündə qürur durur. Qürur da insanın öz yerini tanımamasından və cahil olmasından irəli gəlir. Ona görə də heç bir bəndə öz əməl və ibadəti ilə qürurlanmamalıdır. İnsan əgər bütün ömrü boyu Allaha şükür edərsə, heç bir zaman bir nemətin belə şükrünü yerinə yetirə bilməz.