Cəlilabadda ev külə döndü FOTO


Digərləri 06 Okt 2022 23:28:00 122 0

Cəlilabadda ev külə döndü  FOTO

Cəlilabad rayonunun Təzəkənd kəndində, Seymur Nuralıyevə məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yanğın nəticəsində ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev tamamilə yanıb.

Məlumata görə, yanğın zamanı evdə heç kim olmayıb.

Yanğının səbəbləri araşdırılır.