Rusiyaya qarşı sona qədər gedəcəyik London


Digərləri 05 Okt 2022 14:10:00 84 0

Rusiyaya qarşı sona qədər gedəcəyik  London

Bu müharibədə qalib gələnə qədər Ukraynanı dəstəkləyəcəyik.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.

O bildirib ki, ukraynalılar ərazi bütövlüyü tam bərpa olunana qədər Böyük Britaniyanın dəstəyinə arxalana bilərlər:

"Son rus tankı traktorla döyüş meydanından çıxarılana qədər Ukraynaya kömək edəcəyik".

Nazir qeyd edib ki, məsələni sona çatdırmaq üçün strateji dözümlülük lazımdır.