Gələn ildən Böyük Qayıdış üçün əsas layihələrə start veriləcək


Digərləri 05 Okt 2022 14:28:00 131 0

Gələn ildən Böyük Qayıdış üçün əsas layihələrə start veriləcək

Bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələr yekunlaşacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, gələn ildən isə sosial təsisatlar, yəni şəhərin mərkəzi və ətraf kəndlərlə bağlı bərpa-yenidənqurma işlərinə başlanılacaq

"Yəni Böyük Qayıdış üçün, işğaldan azad olunmuş ərazilərə tam normal həyatın qayıtması üçün tələb olunan əsas layihələrə start veriləcək", - E.Hüseynov vurğulayıb.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, əhalinin qısa müddətdə öz doğma torpaqlarına qayıtması üçün gələn il çox intensiv tikinti işləri həyata keçiriləcək.