Rəşad Dağlı oğlu Yusifə toy edir FOTO


Şou-biznes 05 Okt 2022 13:32:00 114 0

Rəşad Dağlı oğlu Yusifə toy edir  FOTO

Yaxın günlərdə meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olacaq.

Son.az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, məşhur ilk övladı Yusifə kiçik toy edəcək.

Onun oğlunun şad günü oktyabrın 10-da keçiriləcək. Məclisdə Dağlının ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alacaqlar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutucaq. Toya 500-600 qonağın dəvət olunduğu bildirilir.

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.