17 yaşlı oğlan çayxanada qəfil öldü FOTO


Digərləri 05 Okt 2022 10:32:00 110 0

17 yaşlı oğlan çayxanada qəfil öldü  FOTO

Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Məmmədov şəhər ərazisindəki çayxanada olarkən halı qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

İlkin məlumata görə, Cavid beyninə qansızması səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.