Nazir 150 mindən çox müəllimə SMS göndərdi


Digərləri 05 Okt 2022 10:47:00 112 0

Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. 

Son.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib. 

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: "Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!"