Yusif Rəhimin arxivini üzə çıxardı: "Nə bilərdik ki, 22 il sonra bizə “əlvida” deyəcəksən"


Şou-biznes 02 Okt 2022 21:30:00 101 0

Yusif Rəhimin arxivini üzə çıxardı: "Nə bilərdik ki, 22 il sonra bizə “əlvida” deyəcəksən"

"Rəhimin bu iki şəkilini iki gündür ki, axtarırdım. Bütün fotoalbomlarımı vərəq-vərəq, alt-üst elədim və axır ki, tapdım".

Son.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri məşhur teleradio aparıcısı Yusif Ağayev bir neçə gün əvvəl ürəktutmadan qəfil dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə illər əvvəl çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşarkən yazıb.

Şəxsi arxivini üzə çıxaran aparıcı mərhum sənətçi ilə xatirilərini dilə gətirib.

"Birinci şəkil 2000-ci ildə 19 iyul tarixində, Zaqulbada çəkilib. Düz 22 il bundan əvvəl nə bilərdik ki, 22 il sonra bizə "əlvida" deyib, gedəcəksən. İkinci foto isə dörd il bundan əvvəl lentə alınıb. "Ondan sonra" səhər verilişində 28 dekabr tarixində, mənim və sənin doğum günündə Aygün Kazımova ilə birlikdə gəlmişdiniz. Veriliş mükəmməl alındı. Deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Amma təkrarolunmazlar var. Səhnəmizdən bir Rəhim Rəhimli gəldi, keçdi. Rəhim sevənlərin ürəyində bir taxt qurdu. Allah sənə rəhmət eləsin", - deyə Yusif fikirlərini ifadə edib.

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.