COVID19un buraxdığı İZLƏR Hansı xəstəliyin simptomları daha çox müşahidə olunur?


Digərləri 02 Okt 2022 18:40:00 127 0

COVID19un buraxdığı İZLƏR  Hansı xəstəliyin simptomları daha çox müşahidə olunur?

"20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər".

Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlamasında bildirib.

Onun sözlərinə görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir.

"Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi. Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.

Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur".

Oftalmoloq həmçinin xəstəliyin qarşısının alınmasında eynək və optik linzalar effektivliyi haqqında da məlumat verib. Kontakt linzalar isə infeksiya riskini daha çox artırır: