İlham Əliyev qaz təchizatı ilə bağlı vədini yerinə yetirdi


Siyasət 02 Okt 2022 09:11:00 99 0

İlham Əliyev qaz təchizatı ilə bağlı vədini yerinə yetirdi

Prezident İlham Əliyev uzun illər bundan əvvəl etibarlı qaz təchizatı vəd edib və bu vədi yerinə yetirdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bolqarıstan Milli Bankının idarə heyətinin üzvü İlya Linqorski bildirib.

"İGB-nin həyata keçirilməsi o zaman mümkün ola bilərdi ki, o, düzgün maliyyələşdirilsin və lazımi maliyyələşmə üçün o, etibarlı qaz təchizatı və müvafiq müqavilə və öhdəliklərlə təmin olunmalı idi. Belə vəd uzun illər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmişdi. Məhz Azərbaycandan olan partnyorlarımız bu sözə əməl edərək onu çox rəqabətli qiymətlərlə uzunmüddətli müqavilə öhdəliklərinə və razılaşmalara çevirdilər" - deyə İ.Linqorski bildirib.

Son.az